SPERMAGEN® - СПЕРМАГЕН®
Tərkibi:
- L-arginine - 550 mq
- Tribulus Terrestris - 500 mq
- Ginseng – 220 mq
- Epimedium – 150 mq
- Muria puama – 150 mq
- Certonia Siliqua -250 mq
- Maca extract – 80 mq
- Zinc - 50 мг
- Selenium- 200 mkq
Spermagen cinsi əlaqə problemlərinin kompleks həlli üçün, unikal balanslaşdırılmış preparatdır. Spermagen cinsi aktı uzadır, enerji və dözümlülük verir, cinsi istəyi stimullaşdırır, cinsi fəaliyyəti gücləndirməkdə və bərpa etməkdə köməklik edir . Dərmanı nəinki cinsi əlaqədən öncə, eləcə də cinsi pozğunluğun profilaktikası məqsədi ilə də müntəzəm istifadə etmək olar, preparat təhlükəsizdir və alışqanlıq yaratmır.
Preparatın effektivliyi çoxsaylı kliniki tədqiqatlarla sübut olunmuşdur. Qeyd etmək lazımdır ki, Spermagen preparatını hər hansı bir klinikada müalicə keçən kişilərdə xroniki prostatitin müalicəsində uğurla istifadə etmək olar. Prostatın inkişaf faktorlarından biri olan – kiçik çanaq orqanlarında eləcə də prostat vəzidə qan dövranını gücləndirərək, durğunluğu aradan qaldırır.
Farmakoloji təsiri :
Spermagen sorularaq və qan damar sisteminə düşərək, ondan endotelial boşaldıcı faktor adlanan, hüceyrə daxilində hasil olan azot monooksid(NO) fermenti (azot monooksid sintetaza) sintez olunur. Azot monooksid tosqun hüceyrələrin membranına daxil olaraq onları bölünməyə vadar etməklə orqanizmi cavanlaşdırır. Spermagen hormon atımını requlə etməklə, erogen zonaları həyəcanlandırır və hipotalamusa ani siqnal verir. Hipotalamo-hipofizar zona həyat üçün vacib 13 hormonun hasilatında iştirak edən vəzilərin işinə nəzarət edir: böyrəküstü, qalxanabənzər vəz, spermatogenez, ovulyasiya və s. Orqanizmdə hormonal fonu normallaşdırır. Tərkibində L-argininin olması həm kişilərdə, həm də qadınlarda cinsiyyət orqanlarına qan axınını sürətləndirir və gücünü artırır. Bu da cinsi aktın müddətini artırır, xoş hissləri gücləndirərək, orqazmı dərin və uzun müddətli edir. Kiçik çanaqda mikrosirkulyasiya səviyyəsində qan dövranını yaxşılaşdıraraq, qan durğunluğunun profilaktikasında istifadə olunaraq – venaların varikoz genişlənməsində, prostat vəzinin xərçəngi,adenoması, prostatitin əmələ gəlməsinin qarşısını alaraq onlardan xilas edir və sağalmanı asanlaşdırır. Spermagen kişi cinsiyyət orqanlarında qan axınınını yaxşılaşdıraraq, normal ereksiyaya köməklik edir.
L-arginin - hormon atımını requlə etməklə, erogen zonaları həyəcanlandırır və hipotalamusa ani siqnal verir. Hipotalamo-hipofizar zona həyat üçün vacib 13 hormonun hasilatında iştirak edən vəzilərin işinə nəzarət edir: böyrəküstü, qalxanabənzər vəz, spermatogenez, ovulyasiya və s. Kişi cinsiyyət toxumunun 80 %- i arginindən ibarətdir. L-argininin həm kişilərdə, həm də qadınlarda cinsiyyət orqanlarına qan axınını sürətləndirir və gücünü artırır. Bu da cinsi aktın müddətini artırır, xoş hissləri gücləndirərək, orqazmı dərin və uzun müddətli edir.
Tribulus Terrestris – ereksiyanın müddətini artırır, libidonu bərpa edir və yaxşılaşdırır.Qadınlarda Tribulus Terrestris libidonu yaxşılaşdırır, təbii və postkastrasion klimakterik sindroma psixoemosional və vazomotor müsbət təsir göstərir, apatiya və ya sinir oyanıqlığı, gərginlik, yuxusuzluq kimi subyektiv şikayətləri azaldır.
Keçibuynuzu meyvəsinin ekstraktı (Ceratonia silique) - təbii Viaqra – kişilər üçün o necə yaxşı ola bilər? Onunla ki, kişi gücünü bərpa edir. Az miqdarda keçibuynuzu meyvələrindən istifadə edən kişilər cinsi aktivlikdə heyrətamiz dəyişikliklər görürlər. Keçibuynuzu meyvəsinin ekstraktında B qrup vitaminlər, mineral və mikroelementlər,taninlər, üzvi turşular, nişasta, pektin,zülal, cinsi sahəyə birbaşa və bütün orqanizmə qüvvətləndirici təsir göstərən təbii şəkər mövcuddur və eləcə də kişi gücünü- potensiyasını artırır.
Jenşen kökü (Panax ginseng) – kişinin tam reproduktiv fəaliyyətini bərpasi üçün , digər sağlamlıq sahəsində və erektil problemlərin aradan qaldırılması üçün istifadə olunur. Jenşen kökü kişilərdə saya əzələni stimullaşdıraraq, ereksiya qabiliyyətini gücləndirir, spermatazoidlərin sayını artırır, kişi sonsuzluğunu müalicə etməkdə köməklik edir. Bitkinin tərkibində kifayət qədər maddələr var ki, damarları genişləndirir bu da impotensiyanın müalicəsi üçün az əhəmiyyətli deyil. Bu komponentlər penisin qan təchizatını gücləndirir ki, bu da ereksiyanın üzünmüddətliliyini və davamlılığını artırır. Bundan savayı jenşen kökü spermanın hərəkətliliyinə və aktivliyinə xoş təsir göstərərək, sperma toxumunun keyfiyyət xarakterini qaldırır.
Koreya Epimeidumu (Epimedium) – belə hesab olunur ki, epimediumun bir çox növləri afrodiziak kimi təsir göstərir. Ənənəvi olaraq seksual disfunksiyanın müalicəsində təbii vasitədir. Epimediumu başqa cür “İn Yan Xo” adlandırırlar və o ümumi sağlamlığın vəziyyətini yaxşılaşdıraraq, ilk növbədə libidonu və davamlılığı artırır. Əlbəttə ki, onu həftələrlə qəbul etmək lazımdır ki, təsirini hiss edə biləsiniz. Cinsi əlaqə zamanı yumurtahüceyrənin mayalanma ehtimalının artması və spermatazoidlərin yüksək aktivliyi, kişilərdə sonsuzluq əlamətləri ilə mübarizə aparmaqda imkan verir.
Muria puama (Muria puama) – bu cinsi istəyi artıran və sinir stimulyatoru kimi işləyən afrodiziakdır. Belə hesab olunur ki,bu bitki kişi nümayəndələrində itirilmiş kişiliyin bərpa olunmasında köməklik edir. Böyrək üstü vəzin fəaliyyətini, ürək-damar sisteminin fəaliyyətini, mərkəzi sinir siteminin işini, böyrək fəaliyyətini yaxşılaşdırır, kişilərin artım sistemini gücləndirir.
Maka ekstraktı – cinsi fəaliyyəti stimullaşdırır, cinsi istəyi gücləndirir, cinsi akt zamanı hissiyatın kəskinliyini artırır, ereksiya arası latent dövrü qisaldır, spermanın keyfiyyət və həcmini artırır.
Sink (Zn) - Sink kişilərdə daha çox sidik-cinsiyyət orqanlarında (yumurtalıq,prostatit) və sperma kimi bioloji mayedə müşahidə olunur. Həmçinin element leykosit, eritrosit kimi qan hücyerələrində rast gəlinir. Cinsi inkişaf dövrü zamanı sink oğlanların normal inkişafı üçün həyati vacibdir, çünki bu element testosteronun hasilatında iştirak edir. Sink bütün orqanların normal fəaliyyətinə və orqanizmin gümrah hiss etməsinə cavabdehdir, bu elementin orqanizmdə çatışmamazlığının bir neçə səbəbləri yarana bilər; immun sistemin zəifləməsi, ereksiyanın pozulmasına səbəb olan qan dövranının pozğunluğu; dermatit və allergik əlamətlər; dəri zədələnmələrinin üzünmüddətli bərpası.
Selen (Se) - Selen kişi sağlamlığı üçün vacibdir, belə ki, o cinsiyyət orqanlarının normal fəaliyyətini dəstəkləyərək, kişi hormonu olan testosteronun biosintezində iştirak edir, spermanın keyfiyyətini yaxşılaşdırmaq üçün kişi sonsuzluğunun müalicəsində istifadə olunur. Selenin bir hissəsi sperma ilə xaric olur, buna görə də aktiv cinsi fəaliyyətdə olan kişilər üçün kifayət qədər Selen vacibdir.
Spermagen kişi cinsi aktivliyi üçün vacibdir, belə ki, kişi toxumunun 80 % - i arginindən ibarətdir.
Spermatozoidi qüvvətləndirir (spermanın keyfiyyət və hasilatını artırır), spermatozoidlərin hərəkətliliyini yaxşılaşdırır və patoloji spermatozoidlərin sayını azaldır. Cinsi hormonun sintezində, cinsi aktivlikdə və potensiyanın stimullaşmasında əsas komponentdir.
Spermagen endorfin-enkefakin kimi həzz hormonlarının sintezini stimullaşdırır, həmçinin əhval ruhiyyəni qaldırır, insanı təşəbbüslü, dözümlü və aktiv edir, özünəinam və sakitlik hissini bəxş edir, yaddaş və əqli aktivliyi normallaşdırır. Bu hormonların çatişmamazlığı əksinə depressiyaya və yorğunluğa gətirib çıxarır.
Dərinin nəmliliyinin, tonusunun və elastikliliyinin stress pozğunluğunun qarşısını alır, eləcə də dırnağın və saçların stressdən kövrək olmasının və tökülməsinin qabağını alır.
İmmun sistemi gücləndirir, keyfiyyətsiz, ölmüş hüceyrələri orqanizmdən xaric edən, nekrofil və makrofaq hüceyrələrin hasilatını stimullaşdırır. Birbaşa şişəleyhinə təcavüz edən TK (təbii killerlərin) və LAK (limfokinləri aktivləşdirən killerlərin ) sayını və aktivliyini artırır.
Hormonal fonun normallaşması hesabına hormondan asılı şişlərin (mioma, fibroma, mastopatiya və s.) inkişafını tormozlayır və sorulmasında köməklik edir.
Cinsi inkişafdan qalmada, aybaşı dövrünün ağrılı olmasında və pozğunluğunda , sonsuzluğun bəzi növlərində və cinsi problemin həll olunmasında köməklik edir. Preparatın alışqanlıq kimi və əlavə təsirləri yoxdur.
Göstərişləri:
- Kişi və qadın sonsuzluğu.
- Müxtəlif mənşəli erektil pozğunluqlar, libidonun zəifləməsi, impotensiya, vaxtından öncə boşalma, hipo –və anorqazm, prostatit.
- Spermatogenez pozğunluğu, oliqospermiya, akinospermiya.
- Frigidizm, dismenoreya, klimakterik sindrom.
- Xoşxassəli və bədxassəli şişlərin (uşaqlığın fibromioması, prostat vəzinin adenoması ) müalicə və profilaktikasında.
- Depressiya, yorğunluq.
Qəbul qaydası və dozalanma:
- 1 tablet gündə 2 dəfə yeməkdən sonra.
- Dərhal effekt üçün, Cinsi akt zamanı, akta 30-40 dəqiqə qalmış 2 tablet daxilə qəbul olunur.
Əks göstərişlər: Hər hansı komponentə qarşı həssaslıq, hamiləlik və dözlə əmizdirmə vaxtı.
Buraxılış forması:Tablet № 60
İstehsalçı: ValueMed Pharma,Borgo Maggiore – Rep.San Marino
Marketinq hüququnun sahibi: Rich Pharma Birləşmiş Krallıq