KLİNİK TƏDQİQATLAR


L - arqinin
L-arqinin (2-amino-5-quanidinpentan turşusu) — alifatik əsas α – amin turşusudur. Optik aktiv olaraq , L və D izomeri formasında mövcuddur. L- arqinin peptid və zülalların tərkibinə daxildir, əsasən də arginin histon və protamin zülallarının tərkibində yüksək miqdardadı (85 % - ə kimi).

Kimyəvi xüsusiyyətləri
L – arqinin aminturşu əsaslı olaraq iki mərkəzi özündə daşıyır: α- vəziyyətli aminqrupu və β- vəziyyətli quanidin qrupu. Quanid qruppasının cərəyan rezonansında yerləşməsi hesabına protonlaşma zamanı güclü əsası mövcuddur (pK 12.48), pH < 10 olan zamanı protonlaşmış kation formasında yerləşir və çoxsaylı su birləşmələrinin əmələ gəlməsinə köməklik edir. Zəifqələvi və neytral məhlullarda arqinin svitter-ion formasını alır. Arqininin ən əsas xüsusiyyəti DNT – in fosfat qruppası ilə ion birləşməsini yaratmaq qabiliyyətidir ki, bu da histon DNT xromatin və protamin DNT heteroxromatin spermatozoid nukleoproteid – komplekslərin əmələ gəlməsinə şərait yaradır.

ətraflı...

L – arqinin:
Bütün orqanizmdə (bədxassəli və xoşxassəli ) şişin əmələ gəlməsinin qabağını alır. Cinsi fəaliyyəti bərpa edir, əsasən də cütlükdə orqazm həzzini artırır, qadınlarda frigidliyi və kişilərdə impotensiyanı ləğv edir ki, bu da ailələri boşanmadan qurtarır və s. Boşanmaların 50 % - dən çoxu cinsi əlaqələrin zəruri olmamağı səbəbindən yaranır. Kişi və qadın sonsuzluğunun səbələrini aradan qaldırmaqla, effektiv təsir göstərir. Mədəalti vəzin işini normallaşdırır və ikinci tip şəkərli diabetin ilkin səbələrini aradan qaldırır. Qalxanabənzər vəzin işini yaxşılaşdırır. Kalsiumun sorulmasını asanlaşdırır. İmmuniteti aktivləşdirir, immunodefisit vəziyyətlərin sxemasında, spidli xəstələrin müalicə sxemində istifadə olunur. Piy mübadiləsinin requlə olunmasında, detoksikasiyada iştirak edir. Psixotrop təsirləri: əhval – ruhiyyəni yaxşılaşdırır, insanın özünü idarə etməsində psixi enerjinin müsbət keyfiyyətləri ilə daha aktiv,təşəbbüslü və dözümlü edir. Ürək-damar xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunur. Arterial təzyiqin düşməsində və stabilləşməsində - arteriyanın saya əzələlərində gərginliyi azaldır. Aterosklerozun profilaktikasında istifadə olunur. İnfarkt və insultun əmələ gəlməsinin profilaktikasında – aterosklerotik düyünlərin və trombun əmələ gəlmə riskini azaldır.
Qaraciyərin işinin yaxşılaşmasında və onun fəaliyyətinin normallaşmasında, qaraciyər sirrozunda və piylənmənin müalicə və profilaktikasında iştirka edir.
Böyrəklərin təmizlənmə potensialını artırır.
Balacaboylu yeniyetmələrin normal hündürlüyə qədər inkişaf etməsini gücləndirir (normadan artıq olmayaraq).
Vətər dartılmalarının, sümük sınıqlarının və yaranın sağalma tezliyini artırır.
Əzələ kütləsini və gücünü artırır (idmancılar bodibildinqlə məşğul olan zaman istifadə edirlər).
Bədənin piy kütləsini azaltmaqla, əzələ kütləsini artırır (piyi əzələyə ötürür- idmançılar qida qarışıqlarında istifadə edirlər).
Qalıq azotun xaric olmasında istifadə olunur.
Birləşdirici toxuma xəstəliklərində,radikulit, artritin müalicə və profilaktikasında istifadə olunur.
Uşaqlıq boynunun erroziyası, endometriozu, mastopatiyası, fibromiomanın “ləğv olunması” və bədxassəli törəmələrin profilaktikasında istifadə olunur.
Prostat vəzi xərçənginin profilaktikasında, adenoma, prostatitin “ləğv olunmasında” və profilaktiksaında istifadə olunur.


L-arginin azot oksidin sələfi və mənbəyidir: Lakin L- argininin orqanizmdə rolu qeyri – adidir: o orqanizmdəki hər 2.3 X 10 hüceyrənin hər birisində olmalıdır (132- ci səviyyədə), hüceyrədə hər hansı bir pozğunluq baş verdikdə - mikrob daxil olur və kista böyüməyə başlayır və s. Bu xəbərçi bir maddədir- beyinə bu barədə ani xəbər verir. Və orqanizm ani olaraq problemin inkişafına başlamamış bu problemi aradan qaldırır. Hüceyrə yenə də sağlamdır ! Arginin- məlumatlıdır. O – orqanizmin özünü requlə edəndir. Axı heç bir dərman bizi o qədər yaxşı müalicə etmir , nə qədər ki, orqanizmin özü.
Uzun illər dünya alimlərinin apardığı tədqiqatlara, əməyə, səhvlərə, təcrübələrə ehtiyac duyulmuşdur ki, təbii L-arginin aminturşusunu hasil etsinlər (süni alınmış zülallı arginin orqanizmdə birləşməmişdi). 1998 ci ildə : Robert Ferçqot, Luis İnqarro və Ferid Myuard – tibbin yeni Nobel mükafatçılarıdır ! Stokqolmda, Royal Hol zalında səkkiz professor, bu alimlərin qabağında diz çökmüşdülər ki, insanların kardiovaskulyar sistemində xəbərdar molekula kimi, azot oksidin kəşf olunmasının bəşəriyyət tərəfindən minnətdarlıqlarını bildirsinlər. Qazla məlumatın ötürülməsi sübutu indiyə kimi məlum deyildi, yeni prinsiplərə əsaəsn bu qazın canlı orqanizmlərdən membrana öturərək orqanizmdə hər hüceyrənin özünü hiss etməsi barədə məlumatın daşınması, hüceyrədən hüceyrəyə və beyinə ötürülməsi məlum olmuşdur.
L- argininin təsiri altında möcüzəli melatonin ifraz olunur ki, bu da öz növbəsində xəstəliklərdən qoruyaraq, həyatı uzadır.Epifizin melatonini insanın endokrin orqanlarının bütün işini normallaşdırır,immun sistemi gücləndirir, orqanizmi xərçəngə, infeksiyaya və digər xəstəliklərə, həmçinin stressə olan müqavimətini yüksəldir. Qan təzyiqini normallaşdırır. Xolesterinin səviyyəsini normallaşdırır. Bu – təbii yuxugətiricidir: əlavə təsirləri olmadan yaxşı gecə yuxusunu təmin edir. Melatonin orqanizmdə epifizin təbii yolu ilə əmələ gəlir. Melatoninin qatılığını cavan orqanizmdəki kimi səviyəyə qədər artırsaq (Argininin köməyi ilə), biz öz bədənimizi “aldadaraq” cavnlıqdakı kimi özünü aparmağa və fikirləşməyə məcbur edə bilərik.
Bütün dünyada tədqiqatların davamlı aparılması sağlamlıq üçün ümidverici perspektivlər verir. Bu gündən qəbulə başlayaraq qocalma prosesini ləngidə və ya geri qaytara bilərsiz. Təsəvvür edin ki, sizin 90 yaşınız olub. Siz öz işinizi sevirsiniz, ancaq bu gün qərara gəlmisiniz ki, özünüzə azad bir axşam təşkil edəcəksiniz, yubileyinizi qeyd etmək üçün erkən getməlisiniz. İdman klubunda tanışınızla bir partiya tenis oynamaq üçün görüşməlisiniz. Sonra evdə gedəcəksiniz. 60 yaşlı həyat yoldaşınız sizi orda gözləyir. Və siz bilirsiniz ki, qabaqda sizi möhtəşəm bir gecə gözləyir. Sevdiyniz restoranda şam yeməyi. Qeyri-adi şou-proqramm, sonra isə gecə klubunda bir stəkan qəhvə. Ancaq bu hamısı deyil. Gecənizi dəbdəbəli oteldə keçirəcəksiniz. Burda sizə ikinəfərlik cakuzi ilə cavanlar üçün olan, nömrə sifariş olunub.Fantastikdir elə deyilmi? Lakin hər şey belə də ola bilər. İmmunologiya, onkologiya, biokimya, patofiziologiyada otuz illik təcrübə və tədqiqatlar , tədqiqatçılar öyrənmişdir ki, qocalma – həmişə enişə meyilli yuvarlanmaq deyil, tamamilə əksinə.... 1998 ci il iyun ayında müxtəlif ölkələrdən olan 50 nəfərlik alimlər qrupu , İtaliyanın idill adası olan Stromboli də yığışmışdılar ki, qocalma və xərçəng problemləri ilə bağlı 3- cü beynəlxalq konfransda iştirak etsinlər. Konfransda yaş dəyişikliklərinə nəzarət edən baş beyin mərkəzinin – “qocalma saatı” adlandırılan kəşfi barədə danışırdılar. Qocalmanı necə təsəvvür edirsiniz? Əgər sizdən xahiş etsək ki, gözlərinizi bağlayın və özünüzü “qoca” kimi təsəvvür edin onda siz nə deyərsiniz? Daha doğrusu bu zəif bir insan olacaq və illərlə daha da zəifləyəcək və s. geridönməz cavanlığın, gücün və həyatixöşbəxt xoş xatırələrin təsviri qalacaq. Bu stereotipi ifşa etməyin vaxtı gədi.




Tribulus terrestris
Tribulus terrestris- çoxyaşlı bitki olub ,Cənubi Avropa, Cənubi Asiya,Afrika və Şimalı Avstraliya kimi tropik və zəruri klimatda böyüyür; Tribulus növü, cütyarpaqlılar sinifindəndir. Bu bitki bodibildinqdə buster testosteronu kimi geniş istifadə olunur. Əsas təsir edən maddə - protodiossindir. Tribulus terrestris qeyri hormonal mənşəli potensiyanı,libidonu (seksual istəyi), kişi sonsuzluğundan müalicə üçün daha güclü və effektiv maddədir.

ətraflı...

Müasir dünyada potensiyanın, libidonun və fertilliyin (çoxalma qabiliyyəti ) zəifləməsi aktual problemlərdən biridir. Bu onunla əlaqədardır ki, müasir həyat tərzi (distress, hipodinamiya, qeyri-düzgün qidalanma, siqaret çəkmə, alkoqolizm, ekologiyanın pozulması) baş beynin hipotalamo-hipofizar nahiyədə yerləşən cinsi aktı requlə edən yüksək mərkəzlərin işini pozur.

Tarixi məlumat:
İnsanlara bu bitki qədim dövrdən məlumdur. Həmin dövrlərdən bəri bu dərman kimi istifadə olunurdu. Misal üçün : Qədim Yunanıstanda Tribulus terrestris sidikqovucu və tonuslaşdırıcı dərman maddəsi kimi isitifadə olunub. Qədim Hindistanlılar isə onu antiseptik kimi tətbiq ediblər. Çinlilər isə bu bitkini müxtəlif böyrək, qaraciyər, ürək və digər orqanların xəstəliklərində istifadə ediblər. Balkanlar isə Tribulus terrestris tərkibli dərmanı kişi sonsuzluğunda istifadə ediblər.
Belə nümunələr çoxdur, və bu tamamilə təsadufu deyil, çünki Tribulus terrestris bitkisi orqanizm üçün xeyirli olan lazımı maddələr ilə zəngindir.Onun tərkibində alkaloid, saponinlər,flavanoidlər və digər maddələr mövcuddur. Lakin bu bitkinin tətbiqindən öncə onun hansı klimat, hansı şəraitdə və harda böyüməsini bilmək vacibdir.
Bodibildinqdə bitkinin şərq ölkələrdə idmançıların hər hansı bir idman növündə olan Olimpiada və Çempionatlardakı müsabiqələrə hazırlaşmaqları ilə bağlı məlum olduqda bu bitkiyə olan marağı göstərməyə başlamışdılar. İndiki dövrdə Tribulus terrestris bitkisi dünya üzrə geniş tanınıb.

Təsir mexanizmi və effekti:
Tribulus terrestris bitki maddəsidir. Tribulus terrestris bir çox məşhur istehsalçıların preparatına daxil olaraq furostanol tipli steroid saponin tərkibinə üstünlük verilir hansı ki, protodiossin onların arasında üstünlük təşkil edir. Preparatın təsir mexanizmi də bu tərkibə əsaslanır. Protodiossin orqanizmdə dehidroepiandrosterona (DHEA) qədər metabolizmə uğrayır, hansı ki, bu da hüceyrə mambranının keçiriciliyinə , erektil funksiyaya, immunitet və xolesterinin metabolizminə xoş təsir göstərir. Tribulus terrestris bitki ekstraktına daxil olan digər aktiv furostanol saponinlər protodiossinin effektini modulə edir. Protodiossinin aktiv maddəsi qan plazmasından tez xaric olur – artıq 3 - cü saat ərzində konsentrasiya əhəmiyyətsiz olur.Əsasən ödlə xaric olur. Dəyişilməmiş protodiossinin qəbul olunmuş doza ilə müqayisədə aşağı faizdə xaric olması onu göstərir ki, o orqanizmdə intensiv biotransformasiya olunur. Ehtimal olunan göstəricələrə əsasən Tribulus luteinləşdirici hormonun sayını artırmaqla , insan orqanizmində testosteronun səviyyəsini əhəmiyyətsiz artırır, hansı ki, bu hormonun hesabına orqanizmdə məhz testosteron hormonu hasil olur. Nəticədə güc göstəriciləri artır, əzələ artımı sürətlənir. Bundan savayı Tribulus terrestris baş beyində androgen reseptorları stimullaşdıraraq libidonu artırır və cinsi aktivliyi yüksəldir. Sübut olunmuşdur ki, bitkidə baş beynin monoaminoksidaza A tip fermentini ingibə edən maddə var ki, nəticədə bəzi mediatorların konsentrasiyasını artırır. Buna əsaəsn də preparatın qəbulu libidonu artırır, anabolik steroidlə müalicə kursundan sonra yaranan depressiyanı aradan qaldırır, əhval – ruhiyyəni artırır, motivasiynı yüksəldir. Cavan insanlar üzərində olan tədqiqatlar göstərmişdir ki, Tribulus terrestris testosteronun, luteinləşdirici hormonun səviyyəsinə və əzələdə olan androgen reseptorlara təsir göstərmir. Həm də belə bir tədqiqat da mövcuddur ki, bu qidaya əlavə əzələ kütləsinin artımı və gücü üçün əhəmiyyətsizdir.



Maka ekstraktı
Peru Afrodizakı Maka, Peru Respublikasının dənizkənarında, dəniz səviyyəsindən 4000 km hündürlükdə yerləşən yüksək dağ yaylasında yetişir. Bu bitki ilk dəfə 5000-1800 ci illər eramızdan əvvəl hindullar tərəfindən əhliləşdirilmişdir(Qədim İnklərin dövründə).
Maka bitkisinin kökü, hindullar tərəfindən cinsiyyət fəaliyyətini yaxşılaşdıran qida məhsulu kimi qəbul edilirdi.

ətraflı...

Bu bitki Afroddiziak xüsusiyyətlərinə görə , onu nəinki ayinlərdə, hətta hərbidə də istifadə edirdilər. Belə ki, İnk İmperiyasının döyüşçüləri Taxuantinsuy dövründə döyüşdən öncə fiziki gücü artırmaq üçün böyük miqdarda tətbiq edirdilər.
Maka esktraktı cinsi fəaliyyəti stimullaşdırır və kişi sonsuzluğu problemini həll edir:
Cinsi istəyi artırır,
Cinsi akt zamanı hissiyatın kəskinliyini artırır,
Kişilərdə potensiyanı uzadır və cinsi istəyi artırır,
Ereksiyalar arası latent dövrü qısaldır,
Spermanın kəmiyyət və keyfiyyətini artırır,
Prostat vəziyə iltihabəleyhinə zəruri təsir göstərir,
Prostat vəzidə xərçəngin yaranma ehtimalını azaldır.


Əsas aktiv komponentlər:
- Yağ turşularının amidləri (A,B1,B2,C müxtəlif növlü makamidlər ) – potensiyanın artımına köməklik edir;
- Alkaloid törəmələrinin imidazol alkaloid qarışığı (A və B lepidilinlər) – sidik- cinsiyyət sisteminin fəaliyyətini normallaşdırır;
- Tiosianatlar (benzil izotiosianat, p- metoksibenzil izotiosianat);
- Qlikozinolatlar- şişəleyhinə profilaktik təsir göstərir.


Əsas təsirləri:
- Spermatazoidlərin keyfiyyətini artırır- bitkinin aktiv komponentləri spermatazoidlərin keyfiyyətini yaxşılaşdırır və onların hasilatına köməklik edir; spermatazoidlərin hərəkətliliyini artırmaqla kişi sonsuzluğunun problemini həll edir, kişi toxumunun mayesini artırır belə ki,bu bitki astenozospermiya və oliqospermiyanın müalicəsində göstərişilidir;
- Şişəleyhinə - tiosianatlar və qlikozinolatlar güclü xüsusiyyətləri ilə qaraciyərdə toksin və kanserogenləri birləşdirir, prostat vəzi şişinin profilaktikasında köməklik edir ki, bu da pis ekologiyada vacibdir. Cinsi fəaliyyətin stimulyasiysında Peru makasının aktiv komponentləri cinsi hüceyrələrə xoş təsir göstərir. Sinir sisteminə təsir göstərərək, prostat vəzinin fəaliyyətini yaxşılaşdırır, cinsi istəyi, ereksiyanı artırır (potensiya azalan zaman), refrakter fasilələrin yığılmasında köməklik edir (ereksiyalar arası vaxt), vaxtaşırı cinsi həyat fəaliyyətini bərpa edir.
- Tonuslaşdırıcı – Peru makası həyatı və cinsi enerjini, kişlərin dözümlülüyünü, stressədavamlılığı artırır ki, buda müasir dünyada çox vacibdir.
-Hormonal disbalnsın normallaşması – fitosterollar, cinsi hormonların sələfidir ki, onların orqanizmdə səviyyəsini requlə edir;
- sidik sisteminin fəaliyyətini bərpa edir- prostatit zamanı kişilərdə dizurik simptomları azaldır (sidikburaxma zamanı ağrı, tez- tez sidiyə getmə);
- anabolik təsir- əzələ toxumasında mioqlobinin yığılması hesabına əzələnin fiziki dözümlülüyünü və gücünü artırır.





Keçibuynuzu ağacının meyvəsi
Keçibuynuzu lobyası və ya Çəyirtkə lobyası (lat . Ceratōnia silīqua), və ya kerob (ing. carob) — Lobyalılar nəslindən olan bitki (Fabaceae), Keçibuynuzu fəslindəndir.
Keçibuynuzunun vətəni Aralıq dəniz, Hindistan, Misirdə dəniz səviyyəsindən 400-1600 metr hündürlükdə yetişir. Qayalı yamaclarda, dərələrdə, meşələrdə yerləşir.


ətraflı...

Daimayaşıl ağac təxminən 4000 ilə yaxındır ki, məşhurdur. Onun meyvələri özünəməxsus dad və qidalandırıcı xüsusiyyətləri ilə Müqəddəs kitabın Əhdi-Cədid surəsində də qeyd olunmuşdur. Rəvayətlərə görə İsa peyğəmbərin yaxın köməkçisi Con Batist və israf oğlu üçün bu meyvə qida mənbəyi olub. Bu Aralıq dənizdə bitən yeganə ağacdır ki, yalnız payız aylarında çiçəklənir. Dişi fəslindən olan güllərdən qəhvəyi rəngli lobya 12 sm uzunluqda, şirin meyvə dadı lə böyüyür. Güllərdən kəskin spesifik iy olan spermanın qoxusu gəlir. Bu meyvələrdə toxumdan başqa şəkərli maddələrdən ibarət 50 % şərbətli və şirin seluloza mövcuddur. Keçibuynuzu ağacının toxumları karat portotipi olaraq – kütlə olçüsündə istifadə olunmuşdur. Hələ qədim dövrlərdən bəri onları qiymətli daşların və qaşların ölçülməsi üçün istifadə edirdilər, toxumların unikal xüsusiyyətinə görə hər bir toxum bərabər 0.2 qr çəkidə olur.

Maraqlı faktlar
Keçibuynuzu ağacında parazitar həşəratlar heç vaxt olmur. Nə yarpaqlarda ,nə ağac kötüyündə parazitlər olmur. Belə hesab olunur ki, bu ağac möcüzəli təmizliyə malikdir və buna görə də bir çox xalqlar onu müqəddəs ağac kimi də qəbul edirlər.

Əsas aktiv komponentlər:

- Karbohidratlar: tərkibində təbii şəkərin (fruktoza, qlükoza və saxaroza) olmasına böyük əhəmiyyət verilir (40-50 % ) . Bu səbəbdən də bu daha enerjili qida hesab olunur: 100 qr-da 313 kkal.
- Proteinlər: meyvələrdə bu maddə əhəmiyyətli dərəcədə mövcuddur, əsasən də onu digər un növləri olan buğda, qarğıdalı və digər dənli bitkilər ilə qarışdırdıqda əldə etmək mümkün olur. Keçibuynuzu meyvəsinin ununu digər yarmalar ilə qarışdırdıqda digər heyvanı zülal ekvivalentinə bərabər dəyəri əldə etmək olar.
- Liflər: Əsasən Keçibuynuzu meyvəsinin ununun kəpəkli növündə daha çoxdur. Həzm prosesi zamanı , karbohidratlarla yanaşı tədricən şəkərin əmələ gəlməsi baş verir.
- Minerallar : dəmir, fosfor, sink, kalsium, maqnezium, silikon və kalium.
- Vitaminlər : В, B1, B2, B3 və D.
- Keçibuynuzu meyvəsinin ununda qlütein yoxdur, qlütein enteropatiya xəstəliyi üçün istifadə etmək rahatdır.
- Yağlar : meyvələrdə az miqdarda olsa da, möhtəşəm keyfiyyətə malikdir. Buğda ununun tərkibindən fərqli olaraq yağın faizi azdır. Analizlər göstərmişdir ki, onun tərkibində orqanizm tərəfindən hasil olmayan vacib yağ turşuları linolin və olein kimi maddələr mövcuddur.
- Meyvələr tanin maddəsi ilə zəngindir-təbii güclü antioksidant.

Təsir mexanizmi və effekti:

Keçibuynuzu ağacının meyvəsinin müalicəvi xüsusiyyətləri onun kimyəvi tərkibi və dəyərli komponentləri ilə əlaqəlidir.Meyvələrdə pektin, fibrin və leqininin yüksək səviyyədə olması bağırsaq florasına müsbət təsir göstərir, xəstəliktörədən bakteriyaları azaldaraq, “yaxşı” laktobakteriyaların sayını artırır. Digər tərəfədn pektin öz durulaşdırıcı xüsusiyyətinə görə qanda xolesterinin səviyyəsinə təsir göstərir, antikoaqulyant kimi və antioksidant xüsusiyyətə malikdir. Meyvələrdə olan pektin bakterisid və bürüyücü xüsusiyyətlərə malikdir, orqanizmdən şlakları və toksinləri xaric edir, xərçəng xəstəliklərinə qarşı profilaktik təsir göstərir. İsrail alimlərinin yeni tədqiqatlarına görə keçibuynuzu meyvəsinin unu bağırsaq infeksiyaları,xora,uşaqlarda diareya əleyhinə effektiv təsir göstərir. Keçibuynuzu meyvəsinin ekstraktı qurd invaziyalarında, mədə pozğunluğunda effektiv təsir göstərməsi tərkibinin tanin ilə zəngin olmasıdır. Hidrolizəolunmuş və qeyri-hidrolizəolunmuş taninlər qall turşusuun qalıqları və onun törəmələrindən ibarətdir. Qall turşusu da keçibuynuzunun ekstraktında rast gəlinir, sərbəst formada şişəleyhinə aktiv təsir göstərir, güclü antioksidantdır, bakteriyaəleyhinə,qurdəleyhinə və virusəleyhinə xüsusiyyətə malikdir. Kimyəvi tərkibində qalaktomannların olması ilə keçibuynuzu meyvəsi maraqlı xüsusiyyətə malikdir- aclıq hiisinə cavab verən peptid qrelinin səviyyəsini azaldır. Antioksidantın yüksək miqdarda olması qocalma prosesini ləngidir, immun sistemi artırır, orqanizmdən sərbəst radikalları xaric edir.



Jenşen
Adi Jenşen (lat. Panax ginseng) aralie ailəsinə aiddir (lat. Araliaceae).
Tarixi arayış
2800 il öncə e.ə Çin təbabətində jenşen bütün xəstəlikləri özünə tabe edən bir vasitə kimi hesab olunurdu. Əlbəttə ki, belə bir unikal dərman maddəsi çox baha qiymətləndirildi. Təbii nümunələr (köklər ) 100-200 qram çəkidə nadir tapıntı hesab olunurdu. Əsasən böyük nümunələrin tapıntısı , qızıl kültəsi və ya qiymətli daşların tapıntısı kimi tarixdə iz qoymuşdur.

ətraflı...

Belə ki,1981 ci ildə Çində 65 sm uzunluqda olan 500 qram çəkidə kökü tapılmışdır. Kökündə çoxsaylı şaxələr və mirvari törəmələri var idi ki, bu da çox yüksək qiymətləndirilir. 1905 ci ildə Mançuriya şəhərində dəmiryolu salınan zaman 600 qram çəkidə böyük nümunə qazılıb çıxarılmışdır. Bu da Şanxay şəhərində 5000 dollara satılmışdı, hansı ki, onun həqiqi dəyərinin yarısı qədər edir.

Əsas aktiv komponentlər:

Jenşenin kimyəvi tərkibi və onun xüsusiyyətləri sona qədər öyrənilməmişdi. Kökündə А, В, С, D, Е, Р panaksozidləri adlanan triterpen saponinləri mövcuddur. Digər araliyalarda (jenşen bitkisini növü) dammar sırasından olan triterpen tetrasiklik qlikozidlər yoxdur. Panaksozidlərin А, В, С aqlikonları pankasatrioldur, D, Е, Р panaksozidlər isə pankasadiollardır. Panaksozidlər triterpenlər sinfinə aiddir. Panaksozid C jenşen meyvəsindən və bitkisindən ixrac olunur. Bundan savayı köklərində panaseya efir yağları, panaksol turşusu, stearin,palmit, olein və linolin kimi yağ turşularının qarışığı, qamış şəkəri, alakloidlər, yağlar, fitosterinlər, selik, pektin maddələr, nişasta, qətran, tanin maddələr, B qrup vitaminlər, askorbin turşusu mövcuddur. Eləcə də Çin tədqiqatçıların göstəricilərinə görə tərkibində əhəmiiyytli dərəcədə kükürd, fosfor, Са, Mg, К, Al, Se, Fe, Sr, Mn, Ba, Ti mikroelementləri mövcuddur.

Təsir mexanizmi və effekti:

Jenşen bitkisi geniş müalicəvi təsirə malikdir. Bir halda ki, o qeyri-toksikdir, onu uzun müddət istifadə etmək olar. Müəyyən olunmuşdur ki, jenşen kökü mərkəzi sinir sisteminə güclü oyadıcı təsir göstərir və o amfetamin ilə prozerin qarışığının təsirindən üstünlük təşkil edir və son iki qarışıqdan fərqli olaraq, gecə oyanıqlığı hallarında əmək qabiliyyətini artırır, yuxunu pozğunluğu kimi mənfi təsirlər yaratmır. Sübut olunmuş göstəricilərə əsasən , jenşenin orqanizmə qabıqaltı və qabığ mərkəzlərinə stimulaedici kimi təsiri mövcuddur. Jenşen beyində qabıq prosesslərinin əsas gücünü və hərəkətliliyini artırır, şərti reflekslərin hasilatını asanlaşdırır və differensasiyanı yüksəldir. Jenşenin kökü qanın tərkibinə müsbət təsir göstərir, qazmübadiləsini gücləndirir, toxuma tənəffüsünü stimullaşdırır (əsasən də beyində) , ürəyin yığılma tezliyini azaldır və amplitudanı artırır, xora və yaraların tezliklə sağalmasına köməklik edir. Jenşenin orqanizmə xoş təsiri onun tərkibində çoxsaylı bioloji aktiv komponentlərin olması ilə izah olunur.
Çində Jenşen kökü uzun illərdir dəyərləndirilir, harda ki, onun möcüzəvi ,müalicəvi keyfiyyətləri uzun illər məşhur idi. Bu bitkidə tonuslaşdırıcı, stimullaşdırıcı, gücləndirici təsirlər aydın qeydə alınmışdır. Jenşenin ahıl yaşlarında xeyirli olması, uzunömürlülükdə köməklik etməsini tamamilə layiqli hesab etmək olar. Onu ümumi zəiflikdə, yorğunluqda, depressiv vəziyyətlərdə, impotensiya, ipoxondrik hallarda istifadə etmək olar. Bundan savayı jenşen ekstraktını əqli və fiziki zəiflikdə, uzunmüddətli davamedən xəstəliklərdə, ürək-damar sisteminin fəaliyyətinin pozulmasında, cinsiyyət vəzilərinin hipofunksiyasında, diabet, bir neçə sinir və psixi xəstəliklərdə (nevroz, nevrasteniya, psixasteniya və s.), sekretor funksiyanın azalması ilə olan xroniki qastrit zamanı istifadə olunur.



Muira puama
Muira puama – Şimali Braziliyadan olan dərman bitkisidir. Bu bitkini uzun illərdir ki, güclü afrodiziak , cinsi fəaliyyəti artıran və seksuallığı gücləndirən kimi istifadə edirlər. Mərkəzi sinir sisteminin işini stimullaşdıran ağac kökündən və köklərindən hazırlanmış maddə erektil disfunksiyada effektiv vasitədir.

ətraflı...

Potensiya ağacı (bitkinin ikinci adıdır)- güclü antidepressant olaraq , cinsi fəaliyyətin psixoloji və fizioloji aspektlərini gücləndirir. 50 – ci illərdən sonra onu rəsmi olaraq Braziliya farmakopeyasına impotensiya əleyhinə təsir edən maddə kimi daxil etmişdilər.
İlk öncə Avropaya sonra Rusiyaya Muira puama ilk emiqrantlar tərəfindən gətirilmişdir, onlar bitkinin əsas xüsusiyyətlərini ani olaraq qeyd etmişdilər. Aparılan bir neçə tədqiqatların nəticələri sonradan 1925 ci ildə dərc olunmuşdur. Mütəxəssislər müəyyən etmişdilər ki, bu bitki kiçik çanaq orqanlarının müalicə və profilaktikasında yüksək keyfiyyəti ilə fərqlənir. Bir qədər sonra isə onun sinir sisteminə və daxili orqanlara müsbət təsiri müəyyən olunmuşdur.

Əsas aktiv komponentlər:
Potensiya ağacı kifayət qədər kimyəvi tərkibi ilə zəngindir. Təsiredici maddələr aşağıdakılardır:
- muirapuamin alakaloidi
- triterpen mürəkkəb efir turşuları (0.5 % ə qədər)
- fitosterollar (beta - sitosterol, lupeol və s. )
- efir və sabit yağlar
- qətran və acılı maddələr

Elmi sübut olunmuşdur ki, aktiv təsir edən maddələr serotonin sintezini artırır, bu da dolayı yolla D1- dofamin və β- adrenergik reseptorları stimullaşdırır. Bu onun depressiyaəleyhinə və neyroqoruyucu xüsusiyyətinə malik olmasını izah edir. Fransanın Seksologiya İnstitutunda aparılan tədqiqatlar göstərmişdir ki, α- adrenoreseptorların antoqonisti seksual istəyi və aktivliyi artırır, cinsi aktın həzzini artırır, orqazmın yaranmasında köməklik edir və onu daha intensiv edir. Qətranın aktiv maddələri testosteronun hasilatını stimullaşdırır və dərinin həssaslığını artırır ki , bu da cinsi ünsiyyət zamanı xoş təsir bağışlayır.

Kliniki tədqiqatlar

“Kişi Seksual Asteniyası ” adlı həkim Veynberqin ikinci tədqiqatı asteniya ilə əlaqədar, yorğunluqla bağlı çatışmamazlıq , zəiflik və gücün itməsi ilə əlaqədar cinsi çətinliklərdə müzakirə olunmuşdur. Tədqiqatda 18 yaşdan yuxarı impotensiyadan şikayət, libidonun olmaması bu və ya digər mənşəli problemlərlə bağlı 100 kişi iştirak etmişdir. 94 nəfər tədqiqatı sona bitirmişdi. Muira puama- ın köməyi zaman aparılan müalicə 66 % cütlüklərdə cinsi əlaqə əhəmiyyətli dərəcədə artmışdır. Həvəsin itməsi ilə əlaqəli şikayəti olan 46 kişidən 70 % - i libidonun intensifikasiyası barədə məlumat vermişdi. 55 % xəstələrdə cinsi akt ərzində ereksiyanın stabilliyi bərpa olunmuşdur, 66 % xəstələrdə isə yorğunluğun azalması müşahidə olunmuşdur. Digər müsbət effektlər isə yuxunun yaxşılaşması və səhər ereksiyasının olması ilə özünü təsdiqləyib.
Muira puama ilə müalicədə psixosomatik pozğunluq yaratmadan daha effektiv təsir müahidə olunmuşdur. Az əhəmiyyətli psixosomatik pozğunluq ilə müşayiət olan cinsi asteniya diaqnozlu 26 kişidə asteniya zamanı 100 faiz hallarda, libidonun olmaması zamanı 85 faiz hallarda ,ereksiyaya nail olmama zamanı 90 faiz hallarda müalicə effektli olmuşdur. Son kəşflərdə sübut olunmuşdur ki, stress gərginliyi ilə əlaqəli cinsi disfunksiya və yorğunluqlarda Muira puama geniş tonuslaşdırıcı təsirə malikdir. Bu maddə nəinki potensiya və libidonu yaxşılaşdırır eyni zamanda bütün orqanizmə stressəleyhinə və canlandırıcı təsir göstərir.
Belə ki, Muira puama süni stimulyant olmadığına görə uzun müddət ərzində orqanizmə təkanverici və möhkəmlədici təsir göstərir. Bəzi kişilər qeyd etmişdilər ki, aktivlik iki həftə ərzində artmışdır, halbuki onun tam effekti bir neçə həftədən sonra başlayır.



Epimedium (Çöpləmə)

Epimedium – çox qədim və maraqlı bitkidir. Böyük Pliniya və Dioskoridanın əsərlərində də bu bitki barədə rast gəlmək olar. Qədim çin alimi Şen Nonq öz bitkiləri haqqında olan “Dərman bitkilərinin Kanonu”nda 400 il e.ə qeyd etmişdir.

ətraflı...

“Elflərin Gülü”- Almaniya, Hollandiay və Qərbi Avropanın digər ölkələrində bu gülün kiçikölçülü və özünəməxsus formada olması ilə bitkini belə adlandırmışdılar. Gülün tacında yarğanların olmasına görə ingilislər epimediumu “arxiyepiskopun papağı adlandırırdılar”. Koreyada bu bitkinin əfsanəsi mövcuddur. İnsanlar əvvəldən fikir vermişdilər ki, marallar cütləşmə dövründə epimediumun yarpaqlarını aktiv yeyirdilər. Bu fakt koreya təbiblərinin bitkiyə olan marağını artırdı. Uzunmüddətli araşdırmalardan aydın oldu ki, epimedium orqanizmin cinsi fəaliyyətini gücləndirmə və bərpaetmə xüsusiyyətinə malikdir. Bu günkü gündə sübut olunub və qeyd olunmuşdur ki, epimedium effektli hormonal bitkidir.
Koreya epimediumu müasir təbabətdə qəbul olunmuş və uzun illər təcrübədən keçirilmiş ən effektli dərman bitkisidir. Epimedium bitkisi Koreya farmakopeyasının rəsmi qeydiyyatındadır.

Əsas aktiv komponentlər və onların xüsusiyyətləri: - İkarinin flavonlu qlikozidi estrogenəbənzər və qonadotrop xüsusiyyətinə malik olaraq, erektil fəaliyyəti yaxşılaşdırır və cinsi həvəsi artırır; anabolik, hepatoprotektor, neyroprotektor, antioksidant və hipoksiyaəleyhinə, nootrop. antisteoporoz, osteoprotektiv və digər təsir mexanizminə malikdir; angiogenezin yaranmasına təsir göstərir, diurez və mikrosirkulyasiyasını artırır, hipoqlikemik effektə malikdir.
- digər flavanoidlər və onların ikincili qlikozidləri (kversetin, hiperin, ikarizid, A, B, C, epimedozid epimedinlər) – antioksidant, iltihabəleyhinə və şişəleyhinə aktivliyə malikdir.
- alkaloidlər
- steroid saponinlər – anabolik təsirə malikdir.
Koreya epimediumun kök və kökcüklərində flavanoidlər, alkaloidlər, steroidlər (β- sitosterin, qlikopiranozid, kampesterin və s. ) mövcuddur. Epimedium ekstraktını suda həll olan maddələri immunstimullaşdırıcı və iltihabəleyhinə təsirə malikdir.

Təsir mexanizmi və effekti:
Epimedium qadın sağlamlığının problemləri ilə asanlıqla öhdəsindən gəlir.

Epimediumun ekstraktı qadın yumurtalıqlarının fəaliyyətinə təsir göstərərək , iltihabi prosesləri aradan qaldırır, menstrual dövrü müntəzəm bərpa edir. Sonsuzluğun kompleks müalicəsi zamanı epimediumun effektivliyi sübut olunmuşdur. Epimedium cinsi fəaliyyəti inkişafdan qalan, ağrılı menstruasiyası olan cavan qızlara məsləhət görülür. Əsasən bu bitki klimakterik yaşlarda xeyirlidir. Epimediumu eyni zamanda ətrafların zəifləməsində, revmatoid artralgiya (oynaqlarda ağrı) keyləşmə ilə , revmatizm və əzələlərin kontrakturası (yığılması), klimakterik hipertoniyada (Yefremov, Şreter, 1996; Şreter və s., 2004) istifadə olunur. Arterial təzyiqin enməsi, qan təchizatının yaxşılaşması, ürək-damar sisteminin pozğunluqlarında da istifadə olunur.

Epimedium immun sistemi gücləndirir və orqanizmin kənar infeksiyalara qarşı müqavimətini yüksəldir.

Epimedium ginekoloji xəstəliklərin kompleks müalicəsində, qadın və kişilərdə cinsi həvəsin azalmasında, menstrual dövrün pozğunluqlarında, cinsiyyət vəzilərinin hipofunksiyasında, mastopatiyada, cinsiyyət orqanlarının iltihabi xəstəliklərində, klimaks dövründə, artıq çəkidə, nevroz, nevrasteniyada istifadə olunur. Həmçinin epimediumu ümumi yorğunluğu aradan qaldıran və tonusu yüksəldən , cavanlaşdırıcı maddə kimi də istifadə edirlər.

Epimediumun kişi orqanziminə təsiri çoxsaylıdır:

• epimedium tonuslaşdırır, xroniki yorğunluq və stressi aradan qaldırır ki, bu da psixoloji səbələrdən yaranan potensiya problemlərində əvəzolunmaz vasitədir.
• qanda sərbəst testosteronun səviyyəsini artırır. Testosteron orqanizmdə birləşmiş formada sərbəst dövr edir. Məhz sərbəst testosteron erektil fəaliyyətin keyfiyyətinə və libidoya təsir edir.
• epimedium adrenalin, noradenalin, serotoninin və dopaminin səviyyəsini yüksəldir. Orqanizmdə mürəkkəb biokimyəvi reaksiyalar vasitəsi ilə orqanizmdə testosteronun hasilatının stimulyasiyasına gətirib çıxarır.
• epimedium penisdə kiçik damarların qan damarlarını genişləndirərək, ona olan qan axınını gücləndirir ki, bu da erektil funksiyanı yaxşılaşdırır.
• tədqiqatlar göstərib ki, epimedium fertilliyi yaxşılaşdırır və spermatogenezi gücləndirir.
Epimediumun xüsusiyyətləri nəinki xalq təbabətinin təcrübəsi ilə həmçinin planetimizin müxtəlif künclərində aparılmış kliniki tədqiqatlar ilə sübut olunmuşdur.
Qeyd etmək olar ki:
Epimedium və ya Çöpləmə kişilərə proerektil təsir göstərir və hər iki cinsdə libidonu yüksəldir.



Sink (Zn)
Avropada Sinkin alınma sənəti X və XI əsrlərdə itirilmişdi. Ancaq Sinki missdən almaq üçün Çin və Hindistandan gətirmək məcburiyyətində idilər.İlk sənaye istehsalı Çində açılmışdır. Ancaq onun alınma üsulu çox asan idi. Sinki almaq üçün kalamini gil qablarına töküb ,qapağını kip bağlayıb piramidlərə qoyurdular və qablar arasında olan boşluqlara kömür töküb yüksək temperaturda qızdırırdılar. Qablar qızarana qədər qızdırılırdı. Bu əməliyyatdan sonra qablar soyudulurdu və sındırılıb içindən sinki külçə formasında çıxarırdılar. XVI – cı əsrlərdə Avropada sinki ikincili olaraq almağa başlamışdılar. Kimyaçıların əsasə məqsədi sink metalının alınma üsulunu təkmilləşdirmək idi. Bu işdə də böyük əziyyət alman kimyaçısı Ziqmud Marqrafta düşür , hansı ki, sinki təbii minerallardan alma üsulu ilə məşğul olmuşdu.

ətraflı...

Sink insan orqanizmi üçün vacib mikroelementdir. O insan orqanizminin inkişafı və boy artımı üçün,yaraların sağalmasında, hormonların sintezində, iltihabi proseslərin azalması və s. kimi vacib proseslərə cavabdehdir və geniş spektrli biokimyəvi prosesləri aktivləşdirir. Kişilər üçün sink daha vacibdir. Yeniyetmə oğlanların - cinsi inkişaf dövründə bu mikroelementə daha çox ehtiyacları var, çünki sink kişi cinsi hormonu olan- testosteronun hasilatına və boy artımına cavabdehdir. Əgər bu dövrdə sinkin səviyyəsi kifayət qədər deyilsə, oğlan həmyaşıdlarından fərqli olaraq cinsi inkişafdan qalmış olur.

Kişilər üçün sinkin gündəlik tələbatı:
Gündəlik məsləhət görülən doza- 15 mq.

Təsir mexanizmi və effekti:
Sink kişilərdə testosteronun səviyyəsini və cinsi sağlamlığı artırır.

Bəziləri sinki ən seksual element hesab edirlər və bu böyük bir həqiqətdir – çünki sink kişi fertilliyinə , potensiyaya, cinsi imkana, cinsi sağlamlığa təsir göstərir. Sink spermanin hasilatı üçün vacibdir, ona görə də kişilər testosteronun və spermanın həcminin azalmasını orqanizmdə sinkin kiçik miqdarda olması ilə əlaqələndirə bilərlər. Əslində eyakulyasiya zamanı 5 mq – a qədər və ya insanın sutkalıq norması qədər sink ifraz olunur. Əgər siz ailə qurmağa hazırlaşırsızsa, bir qədər sink sizin məhsuldarlığınızı artıracaq.
Miçiqanda Wayne State Universitetinin alimləri 20 – 80 yaş arası kişilərdə sinkin testosteronun səviyyəsinə təsir göstərməsi tədqiqatını aparmışdılar. 20 həftə ərzində aparılan tədqiqat göstərmişdi ki, sinkin qəbulunu məhdudlaşdıran cavan adamlarda testosteronun azalması müşahidə olunub, belə ki, 6 ay ərzində sink-defisiti olan yaşlı kişilər əlavə sink qəbul etdikdə testosteronun səviyyəsinin artması müşahidə olunmuşdur.
Yaxşı məlumat odur ki, orqanizmdə sinkin səviyyəsini saxlamaq asandır. 113 qram yağsız ət sinkin gündəlik normasını təmin edir: dəniz ilbizi, taxıl və lobya məhsullarının tərkibində də sink mövcuddur.

Spermatozoidlərin hərəkətliliyi və spermanın hasili:

Əgər ata olmaq sizin gələcək planınıza daxildirsə, onda sağlam cinsi həvəs və sağlam spermatozoidlərin həcmi kifayət deyildir. Bu kiçik uşaqlar(spermatozoidlər) aktiv işləməlidirlər.

Yumurtahüceyrəyə çatıb onu mayalandırmaq üçün spermatozoidlərin hərəkətliliyi, gücü və onun dözümlülüyü vacibdir. Spermatozoidlərin zəif hərəkətliliyi kişi sonsuzluğunun əsas səbəblərindən biridir.

Spermatozoidlərin hərəkətliliyi onun həcmindən fərqli olaraq ölçülür. Ümumi həcmin yerinə, irəli hərəkət edən spermatozoidlərin hərəkətliliyi onların faizini əks edir. Əgər sizdə spermatozoidlərin hərəkətliliyi 50 faizdən aşağıdırsa, vitamin və qida çatışmamazlığı – sink çatışmamazlığı daxil olmaq şərti ilə bu problemin bir hissəsi ola bilər. Yenə də sinklə zəngin olan qida məhsullarını qida rasionuna daxil edin: qaraciyər, yağsız ət, həmçinin qoz-fındıq və taxıl kimi məhsullar.

Sink kişi üçün vacibdir: o prostat vəzidə xərçəngin əmələ gəlmə riskini azaldır.

Prostat vəzinin sağlamlığının yaxşılaşması və dəstəyi üçün sink vacib rol oynayır. Con Hopkins Universitetinin alimləri və kənd təsərrüfatı xidmətləri üzrə tədqiqatçılar (ABŞ kənd təsərrüfatı departamentinin tədqiqat şöbəsi) aşkar etmişdilər ki, xərçəng toxumasında, orqanın sağlam toxumasından fərqli olaraq sink az miqdarda olur. Bir halda ki, sink kişi orqanizmində sümük toxumasını çıxmaq şərti ilə hər hansı bir orqanının hüceyrə və toxumasında varsa da, prostat vəzidə daha çox mövcuddur. Kişilər yaş artdıqca az yeməyə başlayırlar pəhrizin özü belə dəyişərək orqanizmin gündəlik normaya uyğun olan sink elemntindən məhrum edir. Qida rasionunda kifayət qədər sink olmayan kişilərdə prostat vəzinin böyüməsi (xoşxassəli hiperplaziya və ya BPH ) və prostatitdən (prostat vəzinin iltihabi xəstəliyi ) əziyyət çəkirlər. Onlarda həmçinin prostat vəzidə xərçəng göstəriciləri daha yüksək olur. Beləliklə bir ovuc qoz-findiq nəinki dadlıdır, prostat vəzi xərçənginin əmələ gəlmə riskini də azaldacaq qədər xeyirlidir.

Sinkin kişilərdə qalxanvari vəziyə təsiri:

Sink əsas açar minerallardan biridir hansı ki,bu beyində tireoid – rilizinq hormonunu ifraz edərək, tireotrop hormonun ifrazı üçün hipofizə siqnalı ötürür.Kişilərdə olan bu çatışmamazlıq testosteronun səviyyəsinin azalmasına gətirib çıxarır. Tədqiqatlara əsasən sinkin aşağı səviyyədə olması qalxanvari vəzidə aktiv T3 hormonunun aşağı səviyyədə olması ilə və T4 hormonunun T3 hormonuna çevirə bilməməsi ilə əlaqədardır. Spirtli içkilərin qəbulu bu prosesi dərinləşdirə bilər.Əgər sizin qalxanvari vəzi ilə probleminiz varsa və spirtli içki də qəbul edirsizsə, onda sinkin qida rasionuna əlavə olunmasını nəzərdə tutmaq lazımdır.

Sink və onun kişi əzələsi üçün əhəmiyyəti:

Kişilər fiziki işlə daha çox məşğul olurlar. Onlar nə qədər ki, işdə,məşq zalında və bağda aktivdilər- kişilərin dayaq- hərəkət aparatı da bir o qədər stress keçirir. Sinkin bir çox hissəsi də əzələlərdə yerləşir, belə ki, gərgin fəaliyyətdən sonra bərpa olunmaqda və hüceyrə quruluşunda onu rolu böyükdür. Fiziki işin özü – güclü məşqlərdən, xəndək qazılana kimi – əzələ gərginlik altında olur. Biz onu istifadə etdikdə demək olar ki, hüceyrə səviyyəsində bölürük. Bir halda əzələlər sakit halda böyüyüb daha güclü olur. Bu prosesdə sink zülal və hüceyrə quruluşu üçün açar komponent olur. Bundan savayı əzələ fəaliyyət zamanı enerjini daha çox itirir, bu da sərbəst radikalların hasilatına gətirib çıxarır. Mütəmadi məşqlər güclü tərləməyə və kalorinin çatışmazlığına gətirib çıxarır ki, bu da sinkin səviyyəsinin azalmasına səbəb olur. Ona görə də kim ki, ciddi fiziki gərginlik altındadırsa,sərbəst radikalların neqativ nəticələrini yumşaltmaq üçün sinkin antioksidant kimi rolu böyükdür - əgər məşq zalı asudə vaxtınızı alırsa, sinkin səviyyəsini normada saxlamaq üçün tədbiq etməyi yaddan çıxartmayın.

Sink kişi immunitetini gücləndirir:

Çox vaxt biz özümüz sağlamlığımızın qeydinə qala bilərik. Antioksidant, vitaminlərlə və qida maddələri ilə zəngin pəhrizi saxlamaqla, infeksiya və xəstəliklərdən özümüzü qorumaq üçün immun sistemi möhkəmlətmək olar. Bizim orqanizmimiz hüceyrələri zədələyən sərbəst radikalları hasil edir. Sink kimi antioksidant potensial təhlükəli sərbəst radikalları neytrallaşdırır. Tədqiqatçılar göstəriblər ki, sərbəst radikallarla antioksidant arasında olan tarazlıq pozulduqda ürək xəstəliklərinə, xərçəngin əmələ gəlməsinə, yaşla əlaqədar xəstəliklərin inkişafına səbəb ola bilər. Qida rasionunda kifayət qədər antioksidantın olması üçün ekspertlər əlvan rəngli meyvə tərəvəzlərdən:sitruslar, giləmeyvələr, alma, kivi, qırmızı üzüm, kələm,soğan, ispanaq, şirin kartof və kökdən bolluca istifadə etməyi məsləhət görürlər. Sink nəinki ağ qan hüceyrələrinin əmələ gəlməsini artırır, eləcə də infeksiya ilə daha aqressiv mübarizə aparmaqda köməklik edir. O həmçinin xərçənglə mübarizə aparan agentlərin kəmiyyətini artırır və ag qan hüceyrələrindən anticisimlərin azad olmasında köməklik edir. Sink yaşlı adamlarda əsasən də yaşla əlaqədar sink çatışmamazlığı və immun sistemin zəifləməsi kimi hallarda infeksiya ilə mübarizə aparan T- hüceyrələrin həcmini artırır.



Selen (Se))
Selen 1817 ci ildə isveçrəli alim Yensom Berselius tərəfindən kəşf olunmuşdur. Onu orqanizmin müdafiəçisi (hüceyrəni zərərli maddələrdən qoruyur), bərpaedəni (zədələnmiş hüceyrə membranını bərpa edir), snayperi (onkoloji və mutant- hüceyrələri öldürür) adlandırırlar. İnsan orqanizmində 20 mq – a qədər selen mövcuddur, onun əsas bir hissəsi böyrəkdə,qaraciyərdə,ürəkdə, dalaqda və kişi toxumunda yerləşir. Bu mikroelement hormonların, 200 -ə qədər bioloji aktiv fermentlərin tərkibinə daxildir. Sübut olunmuşdur ki, selen dərman müalicəsinin təsirini gücləndirir və onun toksikliyini azaldır. Bu elementi təbii antibiotik adlandırırlar. Məlumdur ki, orqanizmdə selen və sinkin çatışmamazlığı spirtli içkilərə olan həvəsi artırır. Epidemioloqlar bu günkü gündə belə hesab edirlər ki, əhalinin 80 % - də selen defisiti müşahidə olunur. Bu onunla əlaqədardır ki, su və torpaq bu mikroelementdən məhrum olmuşdur,bundan əlavə o həllolunmamış formaya keçmişdir. Səbəb – nitrat gübrələrinin istifadə olunması və ekologiyanın pisləşməsidir. Həmçinin yarmanın təmizlənməsində 70 % , qidanın termiki işlənməsində isə 50 % - ə kimi selen itirilir. Avropa ölkələrində artıq uzun illərdir ki, selen defisiti ilə mübarizə aparılır: Finlandiyada - çörək məmulatlarına, Çində isə - duza əlavə edirlər. 1996 – cı ildə selen elementini qidaya əlavə mineralı kimi qəbul etdilər, 1998 – ci ildə əhalinin sağlamlaşdırmaq kimi milli proqramına selenləşdirmə daxil olmuşdur. 1999 - cu ildə selen ən güclü antioksidant dərman maddəsi kimi qəbul olunmuşdur.Selenin gündəlik tələbatı: akademik A.V. Voşenko 12 yaşından seleni gündəlik olaraq 100 mkq – a kimi qəbul etməyi məsləhət görür. Tibb elmləri namizədi , professor A.V.Skalnıy belə hesab edir ki, hər 1 kq çəkiyə 15 mkq selen qəbul olunmalıdır.

ətraflı...

Selen haqqında maraqlı faktlar
İngilis psixoloqu Devid Benton, 14 yaşından 70 yaşına kimi selen defisiti olmayan, 5 həftə ərzində 100 mkq 1 tablet selen qəbul edən 50 nəfərdə “əhval- ruhiyyənin əhəmiyyətli yaxşılaşmasını” qeyd etmişdir. Bəziləri plasebo digərləri isə həqiqi selen qəbul etmişdir.Selen qəbul edənlərdə beyində aydınlıq, özündə inam, həvəs, ünsiyyətçilik- və ya əksinə, çaşqınlığın, həyəcan, yorğunluq, depressiya,özünəinamsızlıq,aqressiyanın azalması müşahidə olunmuşdur. Əsasən də selen həyəcanı əhəmiyyətli dərəcədə aradan qaldırır. Qeyd olunmuşdur ki, seleni aşağı səviyyədə olan insanlarda qidaya əlavə kimi qəbul etməklə böyük fayda əldə etmişdilər.Selenin qəbulundan 5 həftə sonra əhval – ruhiyyə şkalası 40 % - ə kimi qalxmışdı. Əvvəllər isə kifayət qədər selen qəbul edənlərdə əhval – ruhiyyə şkalası 25 % - ə kimi qalxmışdı. Qidaya əlavə pis əhval – ruhiyyəni yaradan selen defisitini görünməz dərəcədə aradan qaldırdı. Qida əlavəsi olan selenin beynin işini yaxşılaşdırması barədə məlumat əvvəldən məlumdur. Hollandiya tədqiqatında vitamin E ilə selenin kompleks tabletini qocalar qəbul etdikdə onlarda təzahürat və intelektin işləməsi, həyəcanın azalması qeyd olunmuşdur. Nə qədər qəbul etməli ? Mütəxəssislər ürək xəstəliklərinin və xərçəngin profilaktikasında və beynin müqavimətində gündəlik doza 200 mkq seleni məsləhət görürlər.

Fiziki və kimyəvi xüsusiyyətləri:
Selen xalkoqenlərə aid olan qara rəngli, zərif, parlaq, qırılan qeyri- metaldır və onu kükürdün analoqu hesab edirlər.

Təsir mexanizmi və effekti:

- kişinin cinsi imkanlarını artırır, eyakulyasiyanı(boşalma) və ereksiyanı gücləndirir;
- mayalandırma fəaliyyətini yüksəldir, spermatozodilərin hərəkətliliyini və hasilatını stimullaşdırır, spermanın keyfiyyətini artırır;
- prostat vəzini sərbəst radikallardan qoruyur, prostatitin və prostatda xərçəngin əmələ gəlmə riskini azaldır;
- ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır;
- xolesterin mübadiləsini normallaşdırır;
- virus xəstəliklərindən qoruyur və immun sistemi gücləndirir.

Selen - əsas kişi elementidir
- Testosteronun hasilatı
- Spermatogenezin keyfiyyəti
- Prostatı xərçəngdən qoruyur


Selen - kişi orqanizmi üçün həyati vacib elementdir. Mikroelement bütün kişi orqanlarına təsir göstərir: potensiya, spermanın istehsalı, cinsiyyət orqanlarının işinə.Selen orqanizm tərəfindən istehsal olunmur, ona görə də onu xaricdən qida ilə və ya bioloji aktiv maddə ilə qəbul etmək lazımdır. Selen –orqanizmdə kişi hormonu olan testosteronun istehsalına köməklik edir.Məhz kişi libidosu və cinsi idarə olunma, spermanın hasilatı, eyakulyasiya, ereksiya testosteron hormonundan asılıdır.
Selenin defisiti testosteron hormonunun azalmasına gətirib çıxarır ki, bu da kişi cinsiyyət sahəsində bir neçə pozğunluqlara gətirib çıxarır: cinsi həvəsin, ereksiya və spermanın mayalandırma qbiliyyətinin azalması, orqazmın kütləşməsi, gecə sidikburaxmalar.
Bundan əlavə testosteron hormonunun defisiti zamanı əmək qabiliyyəti azalır, depressiya və tez yorulma, yaddaş və diqqətin azalması yaranır. Fiziki planda kişilərdə əzələ kütləsi azalır , piy və çəkinin inkişafı artır.
Müasir kişinin qidalanması vitamin və həyati vacib minerallardan , həmçinin selendən məhrumdur, hansı ki , bu da testosteronun istehsalına təsir göstərir.40 % kişilərdə uzun müddət bu hormonun defisiti kişi klimaksına gətirib çıxarır. Bu proses yaşdan asılı deyil və cavan yaşlarda da müşahidə oluna bilər.

Selen və uşaqdoğuşu
Selen spermatogenez prosesində iştirak edir. Spermanın kəmiyyətcə istehsalı birbaşa kişi orqanzimində olan selenin miqdarı ilə əlaqəlidir. Mikroelement flagellaların tamlığına cavabdehdir, spermatazoidlərin yaxşı hərəkətliliyini təmin edir.Əgər kişi orqanizmi uzun müddər kifayət qədər selen qəbul etməsə, onda spermanın kəmiyyəti azalır, keyfiyyəti pisləşir. Spermatazoidlər tərkibcə az hərəkətli olurlar və qeyri-düzgün formada formalaşırlar: ikibaşlı, inkişafdan qalmış quyruğu və digər anomaliyalar.Kişiyə - xroniki sonsuzluq diaqnozu qoyurlar.
Statistikaya görə 45% cütlüklər kişi sonsuzluğuna görə övlad sahibi ola bilmirlər. Məhz bir çox həkimlər, kişilərin uşaq mayalndırma imkanının olmaması səbəbini selenin xroniki defisitində görürlər.

Selen və cinsiyyət orqanlarının sağlamlığı
Selen antioksidant aktivliyə malikdir.O yumurta hüceyrələrini sərbəst radikallardan qoruyur.Bu prostat vəzidə hüceyrələrinin sürətli böyüməsinin və onun ölçülərinin artmasının qabağını alır.
Selen prostat vəzin xərçənginə olan nisbətdə onkoprotektor kimi iştirak edir. O prostat vəzidə bədxassəli şiş hüceyrələrinin inkişafını azaldır. Selen prostat vəzidə daşaların əmələ gəlməsinin qabağını alır, əgər varsa onda mikroelement onları parçalayır və daşlar əriyərək yox olur.
Selen çatışmamazlığı kəskin və xroniki prostatın əmələ gəlmə şansını artırır. Xəstəlik nəinki ağrılı və tez – tez sidiyə getməklə, eyni zamanda cinsi aktivliyin azalması ilə müşayiət olunur. Xroniki prostatit ciddi potensiya pozğunluqlarına,vaxtından qabaq ereksiyaya, boşalmaya və sonsuzluğa gətirib çıxarır.
Bundan savayı iltihabi proses proqressivləşə də bilər.Ona görə də vaxtaşırı o sidik-ifrazat sisteminə toxunaraq , sidiyin ləngiməsinə, böyrək çatışmamazlığına gətirib çıxarır.Uzun müddət xroniki prostatitin davam etməsi prostat vəzidə xərçəngin əmələ gəlmə riskini artırır.
Selenin defisiti, eləcə də prostat vəzidə kiçikölçülü daşların əmələ gəlməsinə gətirib çıxarır. Xroniki prostatit zamanı prosesdə daşların olması çapıqların əmələ gəlməsinə və prostat vəzinin büzüşməsinə gətirib çıxarır.
Keyfiyyətli cinsi ünsiyyət, uşaqdoğuşunun mümkünlüyü, cinsi orqanların sağlamlığı – bunların hamısını selen mikroelementi təmin edir. SELEN- kişi orqanizmində selen çatışmamazığını bərpa edən təhlükəsiz və effektiv vasitədir.





RU