Erektil disfunksiya, impotensiya (lat.- impotens- gücsüz )- ereksiyanın disfunksiyasıdır hansı ki, cinsi akt zamanı kişi cinsiyyət orqanının həcmi, möhkəmliyi və düzlüyü kifayət qədər deyil.
Latın termini olan “impotentia coeundi” cinsi orqanın gərginliyinin kifayət qədər olmaması və cinsi əlaqənin vaxtından öncə və hər hansı bir vəziyyətdə qurtarması zamanı kişinin cinsi əlaqənin həyata keçirə bilməməsi anlamına gəlir. Lakin bu termin son on ildə öz qüvvəsini itirmiş və beynəlxalq ədəbiyyatda istifadə olunmur. Bu terminə köhnəlmiş, dəqiqolmayan və qınanılan mətn altında əsassız kimi baxırlar. “İmpotensiya” terminin əvəzinə “ereksiya pozğunluğu” və ya “erektil disfunksiya” adlandırırlar. Kişilərdə ereksiyanın pozulması birbaşa boşalma- eyakulyasiya ilə əlaqəsi yoxdur. Ereksiyanın pozulmasının bir çox səbəbləri var misal uçun şəkərli diabet. Ereksiyanı pozan bəzi səbəblər isə bərpa olunmazdır. Belə ki, ereksiyanın pozulması həssas xarakter daşıyaraq, uzun müddət şəhər əfsanələrinin qadağan olunan mövzusuna çevrilmişdir. Orta əsrlərdən başlayaraq həkim və əczaçılar ereksiyanın pozulmasında müalicə üçün yeni dərmanların hazırlanmasına cəhd göstərmişdilər.
Simptomlar
Ereksiyanın pozulması - kişidə cinsi aktın tam həcmli ,davamlı həyata keçirə bilməməsidir. Normal cinsi fəaliyyət zamanı cinsi akt (kişilər üçün ) cinsi əlaqənin istəyindən (libido ), məhəbbət incəliklərindən, ereksiyadan, cinsi orqanın yeridilməsindən , bir neçə dəqiqə ərzində onlarla friksiyanın (sürtünmə) yerinə yetirilməsindən, boşalma- eyakulyasiya ilə qurtaran orqazm hissinin yaranmasından ibarətdir. Hər hansı bir aktın olmaması tam cinsi aktın yerinə yetirilməsinə mane olur və sonda digər sistemlərin pozulmasına gətirib çıxarır.
Çox vaxt bu, boşalma və ya ereksiya ilə əlaqədardır. Adətən cinsi fəaliyyətin pozulması öz-özünə yaranan xəstəlik deyil, yanaşı inkişaf edən və mövcud olan problemdir. Belə ki, ereksiyanın pozulması diabet kimi endokrin pozğunluqlar zamanı (neyropatiya ilə əmələ gələn) və hipoqanadizm (yumurtalıqların və ya hipofizin fəaliyyətinin pozulmasından testosteronun səviyyəsinin azalması ) zamanı yaranır və ya uroloji xəstəliklərlə, cinsi fəaliyyəti requlə edən baş beyin qabığı mərkəzlərinin pozulması ilə də əlaqədardır.
Psixoloji faktorlar
Erektil disfunksiyalar: psixoloji , üzvı və qarışıq tipli formalara ayrılır. Onun əmələ gəlmə səbəbini müxtəlif psixoloji problemlər heasab edirdilərsə, indi bu fikir dəyişilib. Müəyyən olunmuşdur ki, erektil disfunksiyaların 80% - i üzvi mənşəlidir və müxtəlif somatik xəstəliklərin ağırlaşması kimi əmələ gəlir. Bir çox kişilər yataqda olan problemləri stress, ailədə və ya işdə olan problemlərlə, yorğunluq, istəyin olmaması ilə əlaqələndirirlər. Əslində erektil disfunksiyanın 10-20 % - i psixoloji (psixogen ) mənşəlidir . Daha çox qarışıq tip E.D rast gəlinir.
Psixogen erektil disfunksiyanın əlamətləri aşağıdakılardır:
Xəstəliyin qəfləti başlanması
Münasibətlərdə problemlərin mövcudluğu
Kortəbii gecə ereksiyasının olması
Ereksiya ilə olan problemlər epizodik xarakter daşıyır.
Xarici problemlər aradan qaldırıldıqdan sonra normal ereksiyanın bərpası
Əgər erektil disfunksiya üzvi səbəblərdən yaranırsa, adətən o növbəti simptomlara keçir:
Xəstəliyin tədricən başlanması
Kortəbii gecə ereksiyaların olmaması
Normal libido və eyakulyasiya
Ereksiyanın sistematik pozğunluğu.
Bir çox insanlar üçün cinsi ünsiyyət həssas mövzudur, buna görə də erektil disfunksiyadan əziyyət çəkən kişilər bu problemi gizlətməyə , xarici faktorlarla izah etməyə cəhd edirlər. Buna baxmayaraq erektil disfunksiyanın 95 % - i dərman ilə müalicəyə tabedir, potensiya çətinliyini görən kişilərin 10 % - i isə həkimə müraciət edir.
Kişi həkimə müraciət etmir ona görə ki:
Utanc və ayıblıq hissi keçirirlər
Gözləyir ki, problem öz-özünə düzələcəkн ждет, что его состояние улучшится само собой
Aktiv cinsi həyata can atmır və ereksiya ilə olan problemlər onun üçün çox vacib deyil
Hesab edir ki, problem çox ciddi ola bilər
Qorxur ki, ona heç nə kömək etməyəcək
Kişi potensiya ilə bağlı çətinlik çəksə belə üzdə hər şeyin normasında olduğunu biruzə versə də özünü idarə edən bir neçə əlamətlər mövcuddur.
Onda narhat olmaq lazımdır ki:
Əgər o müxtəlif yollarla cinsi əlaqədən qaçırsa (evə gec gəlir, yorğunluq, baş ağrısı kimi hallara istinad edirsə)
Heç vaxt cinsi aktın təşəbbüskarı olmur
Birbaşa təklifləri və işarələri rədd edirsə
Kişiyə psixoloji baryeri adlayıb keçmək üçün onun cinsi əlaqə partnyoru köməklik edə bilər, ancaq effektiv müalicə metodlarını yalnız həkim müəyyən edə bilər. Həkimə olan ziyarəti asanlaşdırmaq üçün təmənnasız qaynar xətlər və onlayn məsləhətlər mövcuddur, burda da ixtisaslaşmış mütəxəssislər erektil disfunksiyaya aid olan suallara və onun müalicə üsullarına anonim olaraq cavab verirlər.
Erektil disfunksiya
Azərbaycanlıların intim münasibət mədəniyyətini inkişaf etdirir və daha çox cütlüklər cinsi münasibətlərdə və onunla bağlı hər şeydə harmoniya əldə etməyə çalışırlar. Bir çox cütlüklərin həyat keyfiyyətinə ciddi və geniş yayılmış erektil disfunksiya kimi problem toxunur, hansı ki, ÜST –ı qeyd etdiyi kimi kifayət qədər uğurlu cinsi akt üçün kişilərdə ereksiyanı saxlamaq və ya ona nail olmamaq dövrü daimi təkrarlanır. “Erektil disfunksiya ” diaqnozu o vaxt qoyulur ki, kişi 25 % - dən çox olmayan cinsi akti həyata keçirdiyi anda , ereksiyanı saxlamaq qabiliyyətinə malik olmasın. Amerika tədqiqatçılarının göstəricilərinə əsasən bu pozğunluqdan bütün dünyada 40 yaşdan yuxarı 150 milyon kişi əziyyət çəkir.
Erektil disfunksiyanın əsasə səbələri
E.D qarışıq , üzvi və psixogen formaları mövcuddur. Bir çox kişilər ereksiya problemlərini (potensiya ) psixogen pozğunluqlarla izah edirlər.
Klinki diaqnostika
Erektil disfunksiyanın səbəblərini müəyyənləşdirmək üçün şəkərli diabet, hipoqonadizm , prolaktinoma və s. kimi ciddi xəstəliklərin diaqnostikasını istisna və ya təsdiq etmək mütləqdir.
Ultrasəs müayinə, cinsiyyət orqanlarının mağara cismlərində qan axınını, venoz axının həcmini, damarlarda ateroskleroz əlamətlərini , erektil toxumada kalsinoz və ya çapıqlaşmanı müəyyənləşdirmək üçün istifadə olunur. Ereksiyanı törədən və cismdə hasil olan stimulyator hormonuna uyğun olan prostoqlandin hormonu yeridilir ki, ultrasəs müayinədə müşahidə etmək mümkün olsun. Nəticələr , əvvəlki qeyri-erogen vəziyyətində olan nəticələrlə müqayisə olunur.
Cinsiyyət orqanının innervasiya testi
Cinsiyyət orqanının sinir faliyyətini müəyyən etmək üçün , bulbokavernoz refleks testi aparılır. Həkim, orqanın başına təzyiq edir, bu zaman anusun (düz bağırsağın ağzı) yığılması başlayır. Bu zaman həkim barmağı ilə sfinkteri palpasiya edir, anal sfinkterin yığılmasını müşahidə etməklə bulbar refleksin latentliyini öyrənir. Əgər diabetə və ya sinirin zədələnməsinə şübhə varsa , sinirin fəaliyyətini öyrənən xüsusi testlər aparılır.
Gecə ereksiyası
Sağlam kişidə yuxu vaxtı ereksiya yaranır. Əsasən də paradoksal yuxu zamanı bu 5-6 dəfə baş verir. Gecə ereksiyasının olmaması onun qan dövranı pozğunluğu və ya sinir innervasiyası ilə problemin olduğunu göstərir. Gecə ereksiyasını qeyd edən xüsusi üsullar da mövcuddur. Bu üsul ondan ibarətdir ki, cinsiyyət orqanına həssas sensorlar qoşurlar.
Patofiziologiya
Ereksiya iki mexanizmlə idarə olunur. Birinci- penisə toxunan zamanı yaranan reflektor ereksiya. İkinci- erotik stimulların nəticəsində yaranan psixogen ereksiya.
Erektil disfunksiyanın əmələ gəlməsinin qabağını almaq məqsədilə, vacibdir:
Sağlam həyat tərzini aparmaq, düzgün və müntəzəm qidalanma, idmanla zməşğul olmaq.
Ereksiya pozğunluğuna gətirib çıxaran dərman maddələri qəbul etməmək və ya ciddi həkim təyinatı üzrə, göstərişlərə əsasən razılaşma yolu ilə qəbul etmək.
Müntəzəm cinsi həyat fəaliyyətinə davam etmək - uzun müddət ara vermədən (mübahisəlidir !) və seksual həddi aşmadan.
Əgər siz kiçik çanaq orqanının əməliyyatını keçirəcəksizsə, şəkərli diabetdən və ya hipertoniya xəstəliyindən əziyyət çəkirsinizsə, əgər kiçik çanaq nahiyyəsindən, aralıq nahiyədən zədə almısızsa, mütləq uroloqla məsləhətləşmək vacibdir.
Müalicə üsulları
PDE5 ingibitorları:
Bitki tərkibli əsasında:
Yaşam tərzində müsbət dəyişikliklərin olması: (Misal üçün : siqareti tərgitmək və idmanla məşğul olmaq )
Sidikaxarı kanallarının inyeksiyası
Cinsiyyət orqanın mağara cisminə inyeksiya
Cinsiyyət orqanı üçün vaakum avadanlıq
Cinsiyyət orqanı üçün protezlər
Psixoterapiya
Massaj